Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xanım jurnalist bir gündə 11 min qazandı


Dolların bahalaşmasından 11 min manat qazanmışam. Axar.az xəbər verir ki, bunu jurnalist Aynur Qurbanqızı Feysbuk səhifəsində yazıb. Hazırda “Azadqadin.az” saytının təsisçisi olan xanım yazarın sözlərinə görə, manatın üzən məzənnəyə keçidindən iki gün qabaq yaşadığı mənzili bankda girov qoyub. Bunun qarşılığında 21 min manat kredit götürüb. A.Qurbanqızı qeyd edib ki, həmin vəsaiti dollara çevirərək depozit şəklində təkrarən banka yatırıb.“Çünki yüksək məbləğdə pulu nə evdə, nə üzərimdə saxlayıram. Bu risk mənə iki gün sonra əlavə 11 min manat qazandırdı. 20 min dolları təkrar manata çevirdim - 31 min manat etdi. Bu pul kredit olduğundan üstündən 21 min manat götürüb, kredit borcumu ödədim”, - xanım jurnalist vurğulayıb.O, həyatında ilk dəfə iki günə 10 min manat qazandığını vurğulayıb: “Bunu indiyə kimi xəyal belə etməmişdim. Bu pulu 3 ay əvvəl kreditlə aldığım maşın üçün ödədim və 3 illik kreditimi 1 ilə endirmiş oldum”.


0 0



Şərhlər (Facebook)