Azərbaycan İnformasiya Agentliyi (AİA)


İlham Əliyev metronun ikinci çıxışının açılışında


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.Musavat.com AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib. Prezident yeni çıxışda yaradılan şəraitlə tanış olub.


0 0



Şərhlər (Facebook)