Azərbaycan İnformasiya Agentliyi (AİA)


Valideynlər 38 saylı bağça ilə bağlı yayılan məlumatları şər və böhtan adlandırır



Məlumat üçün bildirək ki, bir müddət əvvəl 38 saylı bağça haqqında xoşagəlməz məlumatlar yayıldı.Qarşı tərfdən yayılan məsələlərə münasibət özünü gözlətmədi. Belə ki, redaksiyamızın elektron poçtuna sözügedən bağçada təhsil alan uşaqların valideynləri adından etiraz məktubu göndərildi. Məktubda deyilir.
Bağçada tərbiyə alan uşaqların valideynləri belə halların qərəzçilikdən, həm də ifrat dolu şər-böhtandan qaynaqlandığını ifadə edir və belə çirkin kampaniyada normal düşüncə sahiblərinin ola biləcəyinə şübhə edirlər. "Biz valideynlər şər və böhtanı uşaqlarımızın tərbiyə aldığı bağçaya qarşı yönələn qərəzli addım kimi qiymətləndiririk.
Çox təəssüf ki, görülən bu işləri təqdir etmək əvəzinə, gözü götürməyən qüvvələr buna qara yaxmağa çalışırlar.
Əgər həqiqətən də bu məlumatlar doğrudursa, niyə bu bağçaya axın güclənib, niyə hər bir valideyn öz övladının bu bağçada tərbiyə almasının tərəfdarıdır. Axı kiməsə məcbur etmək olmaz ki, sən övladını filan yerdə oxutmalısan. İnsan nə qədər qüsurlu olmalıdır ki, bunu görməsin. Burada təlim-tərbiyə məsələsinə də diqqət çəkmək istəyərdik". Bağçada geyimdən tutmuş, davranış qaydalarına qədər hər şeyə xüsusi diqqət yetirilir.
Yayılan qərəzli məlumatlarla bağlı müraciət qəbul edən valideynlər qeyd edirlər ki, onlar hər şeydən öncə valideyndirlər və hər bir valideyn öz övladının yaxşı tərbiyə-təhsil almasını istəyir. Müraciətdə daha sonra bildirilir ki, bağçanın hazırkı rəhbəri Sədaqət Qədirova biz valideynlərdən zərrə qədər də təmənna ummayıb. Bunu bu bağçada tərbiyə alan uşaqların hər birinin valideyni təsdiq edə bilər. Bu xanım rəhbər təyin olunduğu ilk gündən bəri yalnız uğurlara imza atıb. Valideynlər adından həqiqəti görmək istəyənləri bağçaya dəvət edirik. Biz valideynlər belə hərəkətləri qəti şəklidə pisləyir və bunun qarşısının birdəfəlik alınmasına ümid edirik.

informasiya şöbəsi


0 0



Şərhlər (Facebook)