Azərbaycan İnformasiya Agentliyi (AİA)


Evlənmək istəyən 261 nəfərdə sifilis tapıldı


“Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə QİÇS aşkarlanıb.Talassemiya daşıyıcısı ola 3 cütlük isə evlənməkdən imtina edib”.Bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.O, bildirib ki, fevral ayına qədər nikaha girmək istəyən 94 min 400 nəfərdən qan nümunəsi götürülüb. Onlardan 5780 nəfərdə talassemiya daşıyıcısının olduğu aşkarlanıb. “Hər iksində talaseemiya aşkarlanan 45 cütlükdən 3-ü evlənməkdən imtina edib. 6 cütlükdə hamiləlik aşkarlanıb”-deyə Z.Əlmirzəyeva bildirib.(azvision.az)


0 0



Şərhlər (Facebook)