Azərbaycan İnformasiya Agentliyi (AİA)


Göyçayın başçısı villasında çalışdırdığı fəhlələrin pulunu vermir - Qalmaqal


Göyçayın başçısı villasında çalışdırdığı fəhlələrin pulunu vermir - Qalmaqal
Göyçayın başçısı villasında çalışdırdığı fəhlələrin pulunu vermir - Qalmaqal





























Mübariz Ağayev rayonun Hüngütlü kəndində inşa etdirdiyi villasında ümumi qiyməti 100 min dollar olan kombi sitemi quraşdırıb
Lakin bir neçə aydır ki, fəhlələrin muzdunu vermir
Göyçayın icra başçısı Mübariz Ağayev Hüngütlü kəndindəki villasında çalışdırdığı fəhlələrin pulunu bir neçə aydır ki, vermir. Bu barədə AzFakt.com saytını pulunu ala bilməyən ustalardan biri məlumatlandırıb.
Ustanın bildirdiyinə görə onun briqadası Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonun Hüngütlü kəndində inşa etdirdiyi villasında ümumi qiyməti 100 min dollar olan kombi sitemi quraşdırıb. Lakin bir neçə aydır ki, fəhlələrin muzdunu vermir. Mübariz Ağayev bunu hələlik maddi vəziyyətinin ağır olması ilə əlaqələndirir və çalışanlardan xahiş edir ki, ona bir müddət möhlət versinlər.
Şikayətçi düşən usta isə bildirib onların artıq gözləmək kimi fikirləri yoxdur. Çünki noyabrda alacaqları pul artıq dəyərini itirib. Mübariz Ağayev isə onlara dəyən ziyanı ödəməyəcək.
Mənbə qeyd edir ki, Mübariz Ağayev Hüngütlü kəndində villanı Göyçaya təyinat alan kimi inşa etdirməyə başlayıb. Mübariz Ağayevin inşa etdirdiyi villanın qonşuluğunda isə Nəqliyyat naziri Ziya Məmmmədovun möhtəşəm villası yerləşir. Həmin ərazidə həmçinin Mübariz Ağayevin sələfi, hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun da villası var. Mənbə bildirir ki, Mübariz Ağayevin villasının dəyəri 1 milyon dollardan artıqdır. Villanın içindəki xüsusi dizayn isə göz oxşayır. Təkcə kombi sisteminə icra başçısının 100 min dollar xərc çəkdiyi qeyd olunur.http://aia.az/hadise/3959-cra-bashchisi-villasinda-chalishdirdigi-fehlelerin-pulunu-vermir-qalmaqal.html. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


0 0



Şərhlər (Facebook)