Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Mərcan“ Broyler də qanunsuzluq - ŞİKAYƏT VAR


Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 47 sakini Xəlilov Elşən Şahmar oğlu yazdığı müraciətində işlədiyi yerdən əməkhaqqını ala bilməməsindən giley edir. Müraciətdə deyilir:

"Ucar rayon ərazisində yerləşən " Ucar Aqro" MMC-ni (mərcan broyler) idarə edənlərdən biri olan Hamiz Arif oğlu Məmmədov məni işlədib 1270 manat pulumu vermirki mən də ailəmlə bayram edə bilim.Hansı ki, Hamiz Məmmədovun əməlləri araşdırılıb onun barəsində tədbirlər görməyə əsaslar var.Belə ki, "Ucar Aqro" MMC-nin (mərcan broyler) hektarlarla ərazini əhatə edən obyektlərində işlədilən işçilərin çoxunun əmək müqaviləsi bağlanılmadan işlədib işin sonunda da aldadıb zəhmət haqlarının çoxunu vermirlər.Sonrada deyirlər ki, səninlə müqavilə bağlamamışam sənə heç bir borcum yoxdur hara istəyirsən şikayət et.Mən də Hamiz Məmmədovla əvvəlcədən razılaşıb 9000 manat verilməklə o böyük ucu bucağı görünməyən obyektlərin bütün elektirik işlərini bir neçə aya görüb başa çatdırdım.Hissə-hissə mənə 7300 manat verilsədə 1270 manat borclu qaldılar.Mən dəfələrlə Hamiz Məmmədovdan xahiş etsəmdə hər dəfə gələn ay verəcəm deyə-deyə məni aldatdı.Həttda telefonumda onun bu barədə mənə yazdığı mesajlar da var. ki, mənə borclu olmasını orada yazıb. Ancaq indi mənə də digərlərinə dediyi kimi deyir ki, səninlə heç bir müqaviləm yoxdur get nə istəyirsən et pulunu vermirəm.Ancaq Hamiz Məmmədovun mənə pul borclu olmasını təsdiq edən mesajlar var ki, artıq məcburam bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və digər aidiyyatı orqanlara təqdim edəcəyəm.Qanunda nəzərdə tutulmuş qaydada Hamiz Məmmədov işçiləri əmək müqaviləsi bağlanmadan işlətdiyi üçün inzibati məsuliyyətə cəlb edilməlidir.Həmçinin o öz şefinidə aldadıb ki, guya mənə 30 000 manat pul verib.Belə yaramazlar vətəndaşlardan başqa həm də dövlətə də zərərlər vururlar ki, onların barəsində ciddi ölçü götürülməlidir.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Əlizadəyə müraciət edib xahiş edirəm əmək müqviləsi bağlanmadan insanları işlədib həm vətəndaşlara həm də dövlətə ziyan vuran Hamiz Məmmədovun qanunsuz əməllərini araşdırıb barəsində qanunu tədbirlər görəsiniz. İnsanları əmək müqaviləsi bağlanılmadan işlədilib əməyini istismar edilməsi faktı ən çox Ucar rayonunda baş verir ki, bununda səbəbkarı Ucar rayon Əmək Müfəttişliyinin müdiridir.Çünki heç bir nəzarət, tədbir görülmür".Dia.az.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


0 0



Şərhlər (Facebook)