Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bayram günlərində qatarla səyahət edənlərin sayı artıb


Novruz bayramı günlərində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşımalarında artım qeydə alınıb. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.Martın 18-dən 27-dək dəmir yolu nəqliyyatı ilə həm beynəlxalq, həm də ölkədaxili sərnişin daşınmasında artım olub. Belə ki, martın 18-dən 27-dək dəmir yolu nəqliyyatından ümumilikdə 22 862 sərnişin istifadə edib.Dəmir yolu nəqliyyatında ən çox sərnişin sıxlığı martın 21-i və 22-də qeydə alınıb. Martın 21-də dəmir yolu ilə 3316, martın 22-də 3448 sərnişin daşınıb. Martın 20-də dəmir yolundan 2544, martın 24-də isə 2566 nəfər sərnişin istifadə edib.Müqayisə üçün: cari il fevralın 18-də dəmir yolu nəqliyyatı ilə 2222 sərnişin daşındığı halda, martın 18-də bu rəqəm 2711 nəfər olub.


0 0



Şərhlər (Facebook)