Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri prezidentin iradəsinə qarşı


Məlum olduğu kimi ölkə başçısı İlham Əliyev sahibkarlığın inkişafı, kənd təsərrüfatının dirçəldilməsi istiqamətində kompleks islahatlar həyata keçirir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, yeni iş yerlərinin açılması, ölkənin ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi prioritetdir və bu məqsədlə yerli icra orqanları sahibkarlara, fermerlərə hərtərəfli dəstək göstərməlidir .Amma təəssüf hissiylə qeyd etməliyik ki, prezidentin məlum tövsiyyələri heç də hər yerdə uğurla yerinə yetirilmir. Politika.Az-ın əldə etdiyi məlumatda isə prezidentin tövsiyyələrinə məhəl qoymayan məmurlardan birinin də Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədov olması bildirilir. Məlumdur ki, yazın gəlişi ilə əlaqədar rayonlarda, eləcə də Bərdədə əkinçilik fəaliyyətində canlanma müşahidə olunur. İndi hər kəs daha çox məhsul əkərək, Azərbaycan dövlətinin yaratmış olduğu əlverişli mühitdən yararlanmağa çalışır. Amma necə deyərlər, “sən saydığını say, gör, Sərdar Əhmədov nə sayır...”
Politika.Az-a daxil olan məlumatda bildirilir ki, fermerlər əkdikləri məhsulun susuzluqdan yanmayacağına əmin deyil, elə bu səbəbdən də onlar tam potensialla fəaliyyət göstərmir. Çünki ötən illərin təcrübəsi göstərir ki, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov suvarma mövsümünü əsl alver predmetinə çevirir və bu da onların əl-qolunu bağlayır.Şikayətçilər bildirirlər ki, onlar Bərdə Suvarma Sistemləri İdarəsi ilə müqavilə bağlasalar da Sərdar Əhmədov sonradan müxtəlif bəhanələrlə onlara su verməkdən imtina edir ki, bu məhsulun məhv olmasına səbəb olur. Vətəndaşlar iddia edir ki, Sərdar Əhmədovun bu özbaşınalığı açıq şəkildə prezidentin iradəsinə qarşı getməkdir.


0 0



Şərhlər (Facebook)