Azərbaycan İnformasiya Agentliyi (AİA)


Arzu Rəhimovun sonu çatdı: - Generalın idarəsi ləğv edilir


Arzu Rəhimovun sonu çatdı: - Generalın idarəsi ləğv edilir

Yaxın günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv ediləcək


Xidmətin funksiyaları Müdafiə Nazirliyinə veriləcək. Yada salaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların bazası əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti formalaşmışdı.

Görünür, bu xidmətin müstəqil təsisat kimi fəaliyyəti özünü doğrultmayıb və yenidən Müdafiə Nazirliyinin idarəçiliyinə qaytarılması qərara alınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovdur. Xidmət Müdafiə Nazirliyinin tabeçiliyinə keçdikdən sonra quruma kimin rəhbərlik edəcəyi bəlli deyil.



0 0



Şərhlər (Facebook)