Azərbaycan İnformasiya Agentliyi (AİA)


Falçı yanına getdiyi iddia olunan xanım deputat komitədən uzaqlaşdırıldı


Falçı yanına getdiyi iddia olunan xanım deputat komitədən uzaqlaşdırıldı

Milli Məclisin bu gün keçirilən iclasında komitələrdən birində dəyişiklik edilib


Deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib.Xanım deputat parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq komitənin tərkibindən çıxarılıb.

Nizamnaməyə görə, S. Əliyeva bundan sonra İnsan hüquqları komitəsinin tərkibində yer alacaq.

Qeyd edək ki, dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.(Modern.az)

Əlavə edək ki, bir müddət öncə mətbuatda deputat Sona Əliyevanın falçı yanına gedərək Milli Məclisin "dil-ağzını" "bağlatdırdığı" yazılmışdı. Daha sonra isə sayt yazırdı ki, "ölkə qanunlarının təkmiləşdirilməsi ilə məşğul olmaq əvəzinə deputat Sona Əliyeva Binəqədinin RİH-nin başçısı Xaləddin İsgəndərovla Şəmkirin icra başçısı Alimpaşa Məmmədov arasında "çapar" funksiyasını həyata keçirir". Görünür MM rəhbərliyi artıq məsələyə diqqət ayırıb.



0 0



Şərhlər (Facebook)