Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məhəbbət Vəliyeva direktordan qızıl saat alıb?


Məhəbbət Vəliyeva direktordan qızıl saat alıb?

53 saylı orta məktəbdə Firəngiz Həsənova özbaşınalığı


Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilliantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi iddia edilir. 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənov bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib.

Firəngiz Həsənov orta məktəbin hesabına milyonlar qazanmaqla, böyük var-dövlət sahibinə çevrilib. Məktəbdəki mənbəmizin verdiyi məlumata görə, Firəngiz Həsənovanın əsas qazanc yerlərindən biri müəllim və şagirdlərdən yığdığı qanunsuz pullardır. Tədris ilinin qurtarması münasibəti ilə 53 saylı orta məktəbdə pul yığma kompaniyasının başlandığını və şagirdlərdən 50 manat istənildiyi deyilir.
Firəngiz Həsənovanın əsas qazanc yerlərindən biri məktəbin müəllimlərinin əksəriyyətinə dərs saatını çox yazaraq əlavə pullar götürməsdir. Mənbəmiz qeyd edir ki, 53 saylı orta məktəbdə 60-a yaxın müəllimə artıq dərs saatları yazılıb və hər ay artıq dərs saatlarının pulu Firəngiz Həsənovaya çatır.

Məhəbbət Vəliyeva direktordan qızıl saat alıb?

Məktəb direktorunun maliyyə maxinasiyaları bununla bitmir. Ən ilginc fakt isə Firəngiz Həsənova tərəfindən hazırlanmış imkanlı şagirdlərin siyahısıdır. 53 saylı məktəb direktorunun təsərrüfat işləri üzrə mavini Rahib Cəfərov Firəngiz Həsənovun qaynıdır. Firəngiz Həsənovanın qaynı imkanlı şagirdlərin siyahısını tutaraq məktəb direktoruna verir. Məktəb direktoru isə həmin şagirdləri yanına çağıraraq valideyinlərindən 50-100 manat arası pul almasını istəyir.

Məhəbbət Vəliyeva direktordan qızıl saat alıb?

İnformasiya mənbəmiz bildirir ki, Firəngiz Həsənova şagirddən pul almağın ən yaxşı metodunu tapıb. Məktəb direktoru şagirddən rüşvəti tələb etmir, əksinə çox ustalıqla, qayğı və nəvazişlə xahiş edir, ağız açır. Məktəb direktorunun "şirin dilinə" aldanan şagird isə ondan istənilən pulu gətirir.

Mənbəmiz qeyd edirki, hətta bəzi valideynlərə şəxsən Firəngiz Həsənovanın özü zəng edərək, köməklik göstərməsini xahiş edir. Məmur, yaxud biznesmen valideyn isə direktorun "şirin dilinin", xahişinin qarşısında əriyərək onun istədiyi "şabaşı" göndərir.

Azərbaycaninfo.az istinadən bildirir ki, Firəngiz Həsənova qaynının əli ilə məktəbin sinif otaqlarını repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərə aylıq icarəyə verib. Bundan başqa 8, 9, 10, 11-ci siniflərdə oxuyan xeyli sayda şagirdin ancaq adları dərs jurnallarında var. Çünki həmin şagirdlər ya hazırlıq kurslarına, ya da özəl müəllim yanına getdiklərindən məktəbə vaxt ayıra bilmirlər. Adları jurnalda olub, özləri özəl dərslərə gedən şagirdlərin aylıq olaraq Firəngiz Həsənovaya 150 manat verdikləri deyilir. Məktəb direktoru təkcə bu yolnan ayda 15-20 min manat arası qazanc əldə edir.

11 ilə yaxındır 53 saylı orta məktəbə rəhbərlik edən Firəngiz Həsənova artıq öz yerini xeyli bərkitdiyini açıq şəkildə müəllimlərə deyir. Şagird və müəllim heyətinin ələ ilə yığdığı yüzminlər sayəsində direktorun özünə arxa-dayaq tapdığı bildirilir. Mənbəmiz məktəb direktorunun yeni himayəçisinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın olduğunu deyir.

Məhəbbət Vəliyeva direktordan qızıl saat alıb?

Firəngiz Həsənovanın etdiyi bütün qanunsuzlluqlardan Məhəbbət Vəliyevanın xəbəri var. Yəni Bakı şəhər Təhsil İdarəsinin müdiri Firəngiz Həsənovanın şagird, müəllim heyətindən qanunsuz rüşvət yığmasından və artıq dərs saatlarında külli miqdarda qazancdan öz "payını" aldığı bildirilir. Firəngiz Həsənova narazılıq edən müəllimlərə açıq şəkildə deyir ki, "kimə şikayət edirsiniz edin, onsuz da Məhəbbətim məni qoruyacaq".

Məktəb direktorunun Məhəbbət Vəliyevaya bu qədər arxayın olmasının əsas səbəblərindən birinin ona hədiyyə edilən bahalı qızıl saat olduğu iddia edilir. Mənbəmiz bildirir ki, Məhəbbət xanım Bakı şəhər Təhsil İdarəsinin müdiri təyin olunanda Firəngiz Həsənova yeni müdirə xanıma qiyməti 20 min manat civarında olan brilliantla bəzədilmiş qızıl saat hədiyyə edib. Məhz hədiyyə saatdan sonra Məhəbbət Vəliyeva ilə Firəngiz Həsənovanın münasibətləri daha da istiləşib.

Məktəbədəki mənbəmiz bildirir ki, Məhəbbət Vəliyevaya brilliant saatı bağışlamasını Firəngiz Həsənova bir neçə dəfə özünə yaxın olan müəllimlərin içində açıq şəkildə deyib. Əslində Firəngiz Həsənova Məhəbbət Vəliyevaya brilliantla bəzədilmiş qızıl saat hədiyyə verməsini dilinə gətirməklə Bakı Şəhər Təhsil İdarəsinin müdirini açıq hədəfə gətirir. Çünki istənilən halda Təhsil İdarəsinin müdirinin məktəb direktorundan bahalı hədiyyə qəbul etməsi qanuna görə cinayətdir. Yəni bu açıq şəkildə rüşvət sayılır. Firəngiz Həsənova Təhsil İdarəsi müdirinə 20 min manatlıq qızıl saat hədiyyə etməsini dövriyəyə buraxmaqla, açıq şəkildə elan edir ki, Məhəbbət Vəliyeva ondan rüşvət alıb və buna görə də ona heç kəs bata bilməz.

Qeyd edək ki, 53 saylı orta məktəbdə baş alıb gedən qanunsuzluqlar və hansı siniflərdən nə qədər vəsait yığılması, həmçinin Firəngiz Həsənovanın savxoz işləyən qaynının maxinasiyaları, hansı vəsaitlə özünə ev, maşın almasını və məktəb direktorunun paytaxtın hansı rayonunda dəbdəbəli bağ evi tikdirməsi və sair işlərlə bağlı oxucularımıza ətraflı məlumat verəcəyik.


0 0



Şərhlər (Facebook)