Главная > Sosial, Maraqli Xəbərlər, Cəmiyyət > Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq...

Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq...


17 17 2018. Разместил: azerbaycan
Yuxusuzluq təkcə yuxu çatışmazlığı ilə xarakterizə olunmur. Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq da narahatlıq doğuran məsələdir.

Bildirilir ki, yaxşı yuxu gün ərzində daha gümrah olmaq və gözəl görünmək üçün əsas şərtlərdən sayılır.

İnsan gün ərzində orta hesabla 7-8 saat yatmalıdır. Lakin bununla belə yuxuya olan tələbat fərdi olaraq dəyişə bilər. Təkcə normadan az yatanda deyil, lazım olduğundan çox yatanda da yuxu nizamsızlığı baş verir. Sağlam orqanizm ona lazım olan yuxunun qədərini müəyyən edə bilir.
Mütəxəssislərin dediyinə görə, yuxu problemi 90 faiz hallarda psixoemosional problemlərdən, əsasən də nevroz nəticəsində yaranır. Yuxu pozulması ilk növbədə əsəb problemi olması deməkdir. Eyni zamanda, yuxu nizamsızlığının da özünəməxsus növləri var. Həmin növlərə yuxuyagetmə saatından asılı olmayaraq hər gün eyni vaxtda oyanmaq, yuxudan doymamaq, rahat yata bilməmək daxildir.

Uzun müddət davam edən yuxu problemləri təzyiqin, şəkərin yüksəlməsi, ürək döyüntülərinin sayının artması və piylənmə kimi problemlərə səbəb ola bilər. Onu aradan qaldırmaq üçün ilk növbədə nizamsız yuxunun səbəbini tapmaq lazımdır. Yuxudan doymamaq da düzgün olmayan yuxu və yuxu pozuntusu əlamətidir.
Вернуться назад