Главная > Sosial, Alt Manşet, Cəmiyyət > Prezidentdən Etibar Pirverdiyevə SƏRT SÖZLƏR: Siz utanmalısız… – VİDEO

Prezidentdən Etibar Pirverdiyevə SƏRT SÖZLƏR: Siz utanmalısız… – VİDEO


5 05 2018. Разместил: vetenazerbaycan

Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Azerbaycaninfo.az xəbər verir ki, müşavirədə ölkə başçısı məruzə ilə çıxış edən Azərenerjinin rəhbəri Etibar Pirverdiyin sözünü yarımçıq kəsib. Dövlət başçısı baş vermiş qəzanın səbəblərindən danışmaqdansa 15 il öncəki vəziyyətlə indiki vəziyyəti müqayisə edən Pirverdiyevin sözünü yarımçıq kəsib.
“15 il ərzində nələr görülüb bilirik, qəzanın səbəbini izah edin. Nə üçün ölkəni qaranlıq bürüdü, səbəb nədir? Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada qəza baş vermir. Baş verərsə də, ölkənin enerji sistemi çökmür. İsti hava ilə bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Siz utanmalısız, xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu isti havada nə qədər əziyyət vermisiz. Metroda, liftdə qalanlar, qocalar, uşaqlar əziyyət çəkdi. Ölkə iqtisadiyyatına nə qədər ziyan vurmusuz. Təkcə neft şirkətinin itirdiyi rəqəmləri desək görərik ki, nə qədər iqtisadiyyata ziyan dəyib. 30 stansiya tikilib son 15 ildə. Elə sistem qurulmalı idi ki, bu problem yaranmasın. Nə üçün bir yarımstansiyada baş verən qəzaya görə, digər stansiyaların işi dayandı?!”.

Prezident baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi araşdırılması barədə tapşırıq verib.

Вернуться назад