Azərbaycan İnformasiya Agentliyi (AİA)


75 yaşlı Flora Kərimova yeni görünüşü ilə təəccübləndirdi - FOTO


75 yaşlı Flora Kərimova yeni görünüşü ilə təəccübləndirdi - FOTO

Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür


“Addım” Gənclər Təşkilatı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Cinemaya Addım”la layihəsinin qonağı 75 illik yubileyini qeyd edən F.Kərimova olub.

75 yaşlı Flora Kərimova yeni görünüşü ilə təəccübləndirdi - FOTO

Azərbaycaninfo.az xəbər verir ki, gecədə “Dahi” filminin nümayişindən əvvəl sənətkarın yubileyinə həsr olunan bədii hissə baş tutub.

Tədbirdə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə və “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış edərək xalq artistini təbrik edib, ona hədiyyələr təqdim ediblər.
Xalq artisti fanatları ilə bərabər doğum günü tortunu kəsib və təşkilatçılara təşəkkürünün bildirib:

“Mən çox illər görmuşəm, bayramlar yaşamışam. Amma bu gün çox az illərdə, hətta az saatlarda olan səadəti yaşayıram. Bunun üçün məni diqqətdə saxlayan, qiymətləndirən xalqıma təşəkkür edirəm”.

Müğənni xarici görünüşü ilə də diqqət çəkib. Onun stili üzərində Anar Ağakişiyev çalışıb.

75 yaşlı Flora Kərimova yeni görünüşü ilə təəccübləndirdi - FOTO

Gecə boyunca “Səs Azərbaycan” yarışmasının finalçısı Tofiq Hacıyev canlı ansambl ilə Flora xanımın hitlərindən ibarət popuri ifa edib.

Daha sonra “Dahi” filminin nümayişi baş tutub. Rejissorunun Maykl Qrandac olduğu film yazıçı Tomas Vulfun həyatından bəhs edir. Filmdə baş rolları Cud Lou, Nikol Kidman, Qay Pirs ifa ediblər.


0 0



Şərhlər (Facebook)