Azərbaycan İnformasiya Agentliyi (AİA)


Manana gecə həyatından danışdı: “Siqaret və içki..” – VİDEO


“Məni ona görə seviblər ki..”
"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı müğənni Manana Caparidze maraqlı açıqlamalar verib: “Gürcüstanda məni, “Azərbaycanı təmsil edən bizim qızımız” deyə təqdim edirlər. Mən bu təqdimatla fəxr edirəm. Mənim illər öncə iki pasportum vardı. Qanun ikili vətəndaşlığa icazə verirdi. Ancaq tək vətəndaşlığa keçən zaman dedilər ki, sən hansını istəyirsən, Gürcüstan, yoxsa Azərbaycan vətəndaşlığı? Düşünmədən Azərbaycan vətəndaşlığını seçdim. Çünki mən burda yaşayıram. Bəlkə də, danışmaq çətin olur, məni başa düşmürlər. Ancaq mən həyatımla, öz münasibətimlə çalışıram ki, hamı görsün ki, mən Azərbaycana minnətdaram. Bu torpaq mənim üçün müqəddəsdir”.Müğənni bildirib ki, artıq 18 ildir ki, burda yaşamasında valideynlərinin qərarı da önəmli rol oynayıb “Mən valideynlərimin qərarı ilə burda qaldım. Artıq 18 ildir ki, Azərbaycanda yaşayıram. Mənim üçün bu 18 il çox vacib, çox müqəddəsdir. Çətinliklər, gözəl günlər, bayramlar, Azərbaycanda nə varsa, mən onu özümünkü kimi qəbul edirəm”. Manana çətinliklərdən də söz açıb: "Ancaq burda yox, çətinliklər hər yerdə var. Mənə Gürcüstanda da asan olmayıb. 27 yaşa qədər orda səhnədə ifa edirdim. Bu günə qədər məni sevə-sevə qarşılayan insanlar, bəlkə, ona görə seviblər ki, Manana çalışır və yenə çalışacaq”.
“Necə olur ki, illərdir eyni formada qalmağı bacarırsız” sualına isə müğənni bu cür cavab verib: “Məndə pis vərdişlər yoxdur. Məsələn, siqaret çəkmirəm. Alkaqollu işçilər qəbul etmirəm. Gecə həyatım yoxdur. Yağlı və duzlu yeməkləri sevmirəm. Baxmayaraq ki, gürcü mətbəxi bir az acılıdır. Ancaq mən səsimə görə bu cür yeməkləri yemirəm”.Sonda isə ifaçı sənət barəsində danışıb: “Yeni il üçün Murad Ariflə gözəl bir duet hazırdır. “Yaşasın sevənlər” adlanır. Daha gözəl bir mahnını bəstəkar və aranjimançı Givi yazıb. “Sevgimizin dənizində” adlanır. Yayda yazılmış bir mahnıdır”.



0 0



Şərhlər (Facebook)