Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rahidə Baxışova: “Uje psix olurdum, Yaşar mənə deyirdi ki, gedək kinoya” - VİDEO


 Rahidə Baxışova: “Uje psix olurdum, Yaşar mənə deyirdi ki, gedək kinoya” - VİDEO
"Nevroloq yanına getdim, dedi ki, sən depressiyadasan"
ARB TV-nin "Evgördü" verilişinin qonağı olan müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.Həyat yoldaşından ayrılan, qardaşlarını itirən müğənni, boşanması və talesiz faciə ilə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib: "Bəli, çətin və talesiz faciə keçirdim. Əvvəlki kimi olmaq istəyirsən, amma ola bilmirsən. Sənətə də öz təsirini göstərir. Bu barədə danışmayaq. Çünki hər şey mənim ürəyimdədir. İstəmədim axı belə bir sual verəsiniz. (ağlayır) Üzüm gülür, amma ürəyim sevinmir, içim gülmür. Allaha inanan biriyəm, onun möcüzələrinə də. İstəməzdim belə olsun. Elə gün olmayıb ki, ağlımdan çıxsın. Özümə qapanan insanam, işıqları söndürüb, oturub düşünürəm. Nevroloq yanına getdim, içimdə çox çəkdim. Dedim ki, uje mən psix oluram, beynimdə danışıram ancaq. Dedi ki, sən depressiyadasan. Mualicələr yazdı, görürəm ki, yox indi də təsir etmir mənə. O ərəfələrdə dostum, həmkarım Yaşar Yusub mənə çox kömək etdi. Kefim olmayanda Yaşar deyirdi, gedək çay içək, kinoya gedək. Yavaş-yavaş çıxmışam bu vəziyyətdən, amma tam olaraq yox. Övladlarım üçün ayaqda duracam. Mənim həyatımı bilən yoxdur. Özüm nəyisə tək əldə edirəmsə, bu addımı atmalı idim".Müğənni daha sonra anasından söz açıb: "Anam bizdən ayrı qalır. Amma bir müddətdir ki, yanımda saxlayıram, tək qalmasın. Başı qarışssın, qızımla oynasın. Özünün ayrıca evi var".




0 0



Şərhlər (Facebook)