Azərbaycan İnformasiya Agentliyi (AİA)


Müğənni sinəsi açıq tədbirə qatıldı -FOTO


Amerikalı ulduz Nikki Minaj geyimi ilə yenidən gündəmə gəlib
Niki Minaj moda dəfiləsinə damğasını vurub
Dünya şöhrətli ifaçı Niki Minaj geyimi ilə dünya mətbuatının diqqətini özünə çəkməyi bacarıb.
Xəbər verilir ki, Minaj dəb dünyasının paytaxtı Parisdə dizayner Hayder Akermannnın təşkil olunan moda dəfiləsində iştirak edib. İfaçı tədbirə bir sinəsi təmamilə çöldə qatılıb. Onun bu geyimi qonaqlarla yanaşı bütün jurnalistlərin də diqqətini çəkib.
Bəzi qərb mətbu orqanlarının yazdığına görə dizayner müğənnini öz kolleksiyasının təqdimat mərasiminə dəvət etməyə peşman olub. Çünki dəvət olunan media orqanları kolleksiyadan yazmaq əvəzinə Niki Minajın geyimindən yazıb.
Sosial şəbəkədə isə müğənninin bu geyiminin plagiat olması üzə çıxıb. Belə ki, Lil Kimin fanatları bu geyimin oxşarının 18 il əvvəl, 1999-cu ildə kumirlərinin "VMA Music Awards" mükafatlandırma mərasiminə geyindiyi şəkiləri yayıb.(İstiPress)


0 0



Şərhlər (Facebook)