Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Əxlaqım sizə dərs keçməyə bəs edər" - Könül əsəbiləşdi


Aparıcı Könül Muxtarova ünvanına tənqid yazanlara cavab verib.

Azerbaycaninfo.az axşam.az-a istinadən bildirir ki, o, haqqında xoşagəlməz sözlər danışanlara xəbərdarlıq edib: "Son günlər başa düşürəm ki, mənim həyatım bir çoxlarına maraqlıdır. Kimsəyə söz deməyi düşünmürəm, çünki mən o qədər də bekar insan deyiləm. Sizə bir məsləhətim var: az mənim haqqımda düşünün. Mənim ağlım, əxlaqım bir çoxlarına dərs keçməyə yetər. Bir də sizə arzum olacaq: Allah işlərinizi və şəxsi həyatınızı elə gözəl etsin ki, məni düşünməyə zamanınız olmasın. Başınız elə öz xoşbəxtliyinizə qarışsın. Necə ki, mənim başım işimə, ailəmə və sevdiklərimə qarışıb".


0 0



Şərhlər (Facebook)