Azərbaycan İnformasiya Agentliyi (AİA)


Afaq Gəncəli bu məşhurla sevgilidir?



“Görürsünüz, əcəb edirsiniz. Əslində insanların həyatında “işdə məhəbbət” çox olur. Bunun şahidi tez-tez oluruq”.

Azerbaycaninfo.az big.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov deyib.

Onun Afaq Gəncəli ilə tez-tez bir yerdə şəkil çəkdirib paylaşmağı suallar ortaya çıxarıb. Belə ki, iki məşhurun sevgili olduğu deyilir:

“Bəzi tanınmışlar hansısa serialda bir yerdə rol aldıqdan sonra, görüşməyə başlayırlar və sevgili olurlar. Hazırda Oksana Rəsulova ilə görüşüb, danışırıq. Bu yaxınlarda baş rollarında ikimizin çəkildiyi yeni bir serial yayımlanacaq. İndi deyəcəklər ki, mən Oksana ilə sevgiliyəm? Yox, belə bir şey yoxdur. Afaq, Oksana və Nərgiz mənə ən yaxın olan dostlarımdandır.

Düzdür, çoxu deyəcək ki, oğlanla qızın nə dostluğu? Amma inan ki, bəzən alınır. Əslində, bu hələ heç bir şeydir. İnsanlarda maraq deyilən bir pis cəhət var: görəsən, filan şey necə oldu, gəlin, vedrə bağlayaq. Kiminsə bir mənfi tərəfini tapıb müzakirə edək. Bax, sənə nə var? Get, çörək pulu qazanmağında, dirçəlməyində ol. İnsanların şəxsi həyatına burnunu soxmaqda nə marağınız var?

Elə ki insanın ayağı büdrədi, başlayacaqlar daşlamağa”.


0 0



Şərhlər (Facebook)