Azərbaycan İnformasiya Agentliyi (AİA)


“11 uşaq doğub futbol komandası quracam”- YEGANƏ


ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Yeganə maraqlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, o, ilk olaraq tək övladı olmasına baxmayaraq, çoxuşaqlılıqdan şikayətlənib:

“Üç-dörd uşağım olsa, yanıma salıb gəzdirərdim. Düzdür, bir uşağım var, amma elə bilirəm ki, on uşağa baxıram. Deyirəm, görəsən, çox uşağı olanlar onlara necə baxır? Allah onlara güc, qüvvət səbr versin!”

Daha sonra oğlu Ömərin kifayət qədər yükləndiyini, yorulduğunu etiraf edən müğənni övladının səhərdən-axşama kimi elə o yana, bu yana qaçdığını söyləyib:

“Səhər dərsə gedir, dərsdən gəlir, məşğələyə gedir, məşğələdən gəlir, o biri məşğələyə gedir. Sonra da idmana yollanır. Bir də baxır ki, artıq gecə olub, yatırıq. Bax, gün ərzində işlərimiz bundan ibarətdir. Anası işə getmir, heç olmasa balası getsin”.

Sonda Yeganə hər zaman böyük bir ailəsinin olmasını arzulasa da, hələlik tək övladla kifayətlənib:

“İlahinin qismət. Hər zaman istəyirdim ki, böyük ailəm olsun. Çox uşağım olsun. İlahinin qismətidir, nə bilmək olar, bəlkə, inşallah. İstəyim çoxdur, sonsuzdur. Həmişə istəyirdim çox uşağım olsun.11 uşaq istəyirdim olsun. Yadınızdadır, deyirdim, futbol komandası quracam. Hələ bir qapıçımız var. O da Ömərdir. Hələ 10 nəfərimiz yoxdur. Ömər burda məktəbə getdiyinə görə daha çox Azərbaycanda oluruq. Bir də görürsünüz, o nənəsiylə burda qalır, mən qoyub qaçıram”.


0 0



Şərhlər (Facebook)