Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mətanət efirdə Teymur əmini öpdü


Xalq artisti Teymur Mustafayev “10-dan sonra” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, hər zaman olduğu kimi müğənni açıq-saçıq söhbəti ilə diqqət çəkib. Bu dəfə Teymur əmi aparıcı Mətanət Əliverdiyevanın ünvanına təriflər yağdırıb.

Xanəndə aparıcı Yusif Mustafayevin “Cavan qalmağınızın sirri nədir” sualına belə cavab verib:

“İndi efirdir, ikilikdə bunu danışarıq. Mətanəti efirdə görürdüm, bir ata, baba kimi onu sevirdim. Efirdə vahiməli, canlanma kimi görünürsünüz. Bu gün səni canlı görməyimə şad oldum”.

Mətanət isə bu sözlərdən sonra T.Mustafayevi öpüb.


0 0



Şərhlər (Facebook)