Azərbaycan İnformasiya Agentliyi (AİA)


Röyadan möhtəşəm konsert proqramı


Röyadan möhtəşəm konsert proqramı
Azərbaycan.info xəbər verir ki, ötən gün may ayının beşində Azərbaycanın Əməkdar artisti Röya xanım Ayxanın Heydər Əliyev Mərkəzində “Doldur ürəyimi” adlı konserti baş tutub. Konsert hər zaman olduğu kimi, böyük alqışlarla keçdi.
Konsertdə sənətçini tanınmış musiqiçi Rəşad Həşimov və onun ansamblı müşayət edirdi. Ənənəvi olaraq, Röya xanım dillər əzbəri olan mahnıları iə yanaşı, səhnədə “Doldur ürəyimi”, “Düşürsən tez- tez yada”, “Son söz”, “Sənə etibarım yox” və sairə məşhur mahnılarını səsləndirdi. Yekunda ulduz- qonaq qismində səhnəyə dəvət olunan Miryusifin Röya xanımla “Səndən bir dənədir” duet- mahnıları ifa olundu. Röya Ayxanın oğlu Hüseyn də ifaçılarla birgə mahnı zamanı səhnədə rəqs etdi.
Konsertə təşrif buyuran qonaqlar arasında: Elnarə Xəlilova, Nura Suri, Hacı Nuran Hüseynov, Nəsib Nur və sairə tanınmış simalar yer almışdı.
Azərbaycan.info- nun xüsusi müxbirinə göstərdikləri diqqətə görə, təşkilatçılar; Vüsal bəy və Türkan xanıma Azərbaycan.info saytı adından xüsusi təşəkkür bildirilir.
Aynur Nurlu
Röyadan möhtəşəm konsert proqramı
Röyadan möhtəşəm konsert proqramı
Röyadan möhtəşəm konsert proqramı


0 0



Şərhlər (Facebook)