Azərbaycan İnformasiya Agentliyi (AİA)


“O müğənnilərə baxanda ürəyim sıxılır“ - Röya


“O müğənnilərə baxanda ürəyim sıxılır“ - Röya

Əməkdar artist Röya Ayxan qaynaqdan istifadə edən həmkarlarına söz atıb


Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində saçlarına qaynaq taxdırmayacağını bildirib:

“Hazırda saçlarım 2004-cü ildəki kimidir. Onları saraldıb, yandırmaq istəmirəm. Mənə qısa saç yaraşır, çünki sifətim balacadır.

Həm də bütün şou-biznes qaynaqdadır. Efirdə oxuyanda da qaynaqları görünür. Baxıram onlara, ürəyim sıxılır. Onlar arasında olmaq istəmirəm. Bəzən reklam xatirinə gedib harda gəldi etdirirlər, pis alınır.

Bir də adamın sevgilisi saçını sığallayanda əli ilişməsin. Mənim saçlarım buruq olduğu üçün bir gecə qaynaqda yatanda dolaşır, üç gün darayıb, açmalıdırlar. Ona görə də qaynağı ancaq çəkiliş üçün lazım olanda etdirirəm, sonra da açdırıram”.

R.Ayxan saçlarını keçəl kəsdirmək istədiyini etiraf edib:

“Sevda Yahyayevanın saçlarını həmişə mən kəsdirirəm. Deyirəm, üzün nə boydadı, kəsdir bunları. Səhnə saçı sevir, amma qadın qısa saçda daha seksual görünür. Əgər mənim sifətim yumru olsaydı, saçlarımı keçəl edərdim. Böyük sırğa taxıb, səhnəni dağıdardım”.



0 0



Şərhlər (Facebook)