Azərbaycan İnformasiya Agentliyi (AİA)


Lənkəran: Qaraşovla Babayevin Şurada yalanları faş oldu – Faktlar


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Şura iclasında 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər müzakirə edilib. İcra başçısının müavini Möhübbət Babayev əhalinin fasiləsiz elektrik enerjisi, qaz və içməli su ilə təchizatının təmin olunması istiqamətində lazımi tədbirlərin görüldüyünü qeyd edib. Maşın və mexanizmlərin, yol təmizləyici qurğuların işlək vəziyyətə gətirildiyi, qar yağan zaman küçələrdə buz qatının yaranacağı təqdirdə istifadə olunmaq üçün qum və duz ehtiyatının tədarük edildiyi, kommunal binalarda su-kanalizasiya xətlərinin təmir olunduğu, tüstü bacalarının təmizləndiyi barədə məlumatlar diqqətə çatdırıb. Lənkərandan verilən məlumata görə, Şuranın iclasında deyilənlər başdan-ayağa blef, yalan və saxta statistikadan ibarət olub.
M.Babayev quru statistikanı ictimaiyyətin nəzərinə çatdırıb. Halbuki, Lənkəranda hər gün qaz verilişində, işıq təchizatında problemlər var. İnsanların qazın kəsilməsi, işıqların sönməsini 90-cı illərdə görmüşdülər, bir də Taleh Qaraşovun rəhbərliyi dövründə… Eləcə də nə maşın və mexanizmlər, yol təmizləyici qurğular işlək vəziyyətə gətirilib, nə də qar yağan zaman küçələrdə buz qatının yaranacağı təqdirdə istifadə olunmaq üçün qum və duz ehtiyatı tədarükü görülüb. Lənkərana bu günlərdə yağan qar yollardan təmizlənmədi, duz və qum səpilmədi, heç bir ehtiyat tədbir görülmədi. Lənkəran sakinlərinin sözlərinə görə, Taleh Qaraşov rayonu idarə edən icra başçıları sırasında ən çox narazılıq yaradanıdır.
Onun dövründə satılmayan yer qalmadı, problemlər aşıb-daşdı, abadlıq-quruculuq işləri həyata keçirilmədi, sahibkarlar incidildi, müxtəlif vəzifələr büdcə təşkilatlarının boynuna qoyuldu. Məsələn, Lənkəranın mərkəzi bazarının yolunu təmir etmək baş həkimin pulu hesabına görülüb. Nəhayət, Şura iclasında çıxış edən M.Babayev həmin adamdır ki, başçı ilə şərikli işləri var. Lənkəran icra başçısı rayon mərkəzində istifadəyə verilmiş Gənclər Mərkəzini oğlu Seymur Qaraşovun adına sənədləşdirərək həmin binanın rəhbəri vəzifəsinə şəhər təsərrüfat şöbəsinin müdiri Möhübbət Babayevin oğlunu təyin edib. Başçının birinci müavini İlqar Dadaşov da Gənclər Mərkəzinə öz adamını təyin etmək istəyirmiş. Lakin şəhər təəsrrüfat şöbəsi müdiri Taleh Qaraşova 15 min manat hesab verdikdən sonra icra başçısı onun oğlunun üzərində dayanıb.

24saat.org


0 0



Şərhlər (Facebook)