Azərbaycan İnformasiya Agentliyi (AİA)


İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİ SAHİBKAR VİDADİ İSGƏNDƏROVUN İTTİHAMLARINA CAVAB VERDİ


İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİ SAHİBKAR VİDADİ İSGƏNDƏROVUN İTTİHAMLARINA CAVAB VERDİ
Hörmətli sayt rəhbəri!

İş adamı Vidadi İsgəndərovun İsmayıllı Rayon İcra Hakimiyyətinə Sizin saytınız vasitəsi ilə yayılan ittihamları tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İş adamının rayonda tikdiyi “Yaşıl market” bazar kompleksi haqqında İcra Hakimiyyəti tərəfindən heç bir vəd verilməyib. İş adamı öz təşəbbüsü ilə rayonda bu işi görüb. İcra hakimiyyəti tərəfindən sahibkara dəstək məqsədi ilə bazarın fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikasının Qanunları çərçivəsində köməkliklər olunmuşdur. Lakin Sahibkar bazarın fəaliyyət göstərməsi üçün kiçik sahibkarlıqla məşğul olanları bazara cəlb edə bilməmişdir. Sahibkar haqsız olaraq İcra Hakimiyyətindən rayonda əvvəldən fəaliyyətdə olan bazarı bağlatdırmasını tələb edir. Buda qanunla İcra Hakimiyyətinin səalhiyyətlərinə aid deyil. Eyni zamanda İcra Hakimiyyəti bir sahibkarın xeyrinə digər sahibkarın hüquqlarını poza bilməz. Sahibkar özü azad rəqabət aparmaqla insanların yeni bazara marağını artırmalı və özü öz işini qurmalıdır.
Sahibkar Vidadi İsgəndərov bu haqsız ittihamlarının əsassız olduğunu yaxşı bilir və həqiqəti əks etdirməyən ittihamlarına yenisini əlavə edir. Guya İcra Hakimiyyətinə mebel verib və pulunu ala bilməyib. Sahibkarın bu dedikləri də tamamilə yalandır, şər-böhtandır. Əgər həqiqətən də elə olsaydı niyə neçə vaxtdır demirdi indi deyir? İcra Hakimiyyətinin qonaq evinə mebellər 4 il bundan əvvəl yəni 2014-cü ildə alınıb və pulu tamamilə ödənilib. Sahibkarın öz imzası ilə təsdiq olunmuş ödəniş qəbzləri var. Sahibkar Vidadi İsgəndərov bu əsassız ittihamlarla İcra hakimiyyətini şantaj edərək öz qeyri-qanuni tələblərini həyata keçirməyə çalışır. Lakin İsmayıllı rayonu Azərbaycan Respublikasının Qanunları çərçivəsində idarə olunur və İsmayıllı Rayon İcra Hakimiyyətinə şantaj yolu ilə heç bir qanunsuz tələbi qəbul etdirmək mümkün deyil.
Hörmətli sayt rəhbəri! Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanununun tələbinə əsasən saytınızda təkzib verməyinizi tələb edirik.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının
İnformasiya təminatı və təhlil sektoru



0 0



Şərhlər (Facebook)