Главная > Üst manşet, Cəmiyyət > Jurnalisti təhqir edən generalla bağlı Əflatun Amaşovdan REAKSİYA

Jurnalisti təhqir edən generalla bağlı Əflatun Amaşovdan REAKSİYA


14 14 2018. Разместил: vetenazerbaycan

"Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. Buna görə də «Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır".

Azerbaycaninfo.az unikal.org-a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

"Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq «Bizim yol» qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var.



Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır".
Вернуться назад