Главная > Üst manşet > Zakir Fərəcov - Qurucu İnsan

Zakir Fərəcov - Qurucu İnsan


10 10 2018. Разместил: vetenazerbaycan
Zakir Fərəcov - Qurucu İnsan


İnsanın vətənə, cəmiyyətə,dövlətə bağlılığı onun həm də gen daşıyıcısıdır

Liderlik, təşkilatçılıq, ünsiyyət isə insanın sonradan əxz etdiyi nüanslardır. Tanrı hər kəsi bərabər yaradır. Onun ədalət prinsipində fərqliliklər olmur. Şəxs yalnız özü-özünü fərrqləndirə bilir: əməli, zəhməti, savadı ilə.
Sumqayıt şəhər İcra Hakimiyyətnin başçısı Zakir Fərəcovu cəmiyyət novator insan kimi tanıyır. O istər idarəçilikdə, istərsə də quruculuqda yenilikçidir. Təkrarı sevməyən, hər işdə vicdan prinsipini əsas tutan cənab Fərəcovun şəhər quruculuğundakı kreativ düşüncələri bu Sumqayıtda özünün parlaq nümunəsini nümayiş etdirir. Bir zamanların, hətta Sumqayıtın şəhər statusu aldıığı sovetlər dönəmində belə indiki abadlığın, şəhər insanının işləyib yaşamasının təmin edildiyi qədər, hər cür şəratin olduğu zaman olmayıb. Bu gün Sumqayıt məhz zakir Fərəcovun dövlət və dövlətçilik düşüncəsi prizmasından baxışı sayəsində dünyanın ən inkişaf etmiş şəhərlərinə bənzəyir. Əslində bu inkişaf vizual xarakter daşımır. İcra başçısı bəzi şərq ölkələrinə xas parıltılı gözəllikləri rəhbərlik etdiyi şəhərə tətbiq etmir. Bu quruculuğda əsas amil milli ornamentləri əsas götürməkdir. Və götürülübdə. Şəhərdə fəaliyyət göstərən məktəblərin dam örtüyünün, o cümlədən sinif otaqlarının, təhsil müəsisəsinə aparan yolların əsaslı təmiri Sumqayıt şəhər icra başçısının elmə münasibətinin göstəricisidir. Cənab Zakir Fərəcovun kreativ düncəsi də məhz bu amildə özünü biruzə verir. Kifayət qədər vüqarlı olan bu şəxsiyyətin uca dağlar qoynunda - Laçında dünyaya göz açması onun xarakterinə də sirayət edib. Zakir Fərəcov - Qurucu İnsanZakir Fərəcovun işgüzarlığı, idarəçilik imkanları, təsərrüfatı, şəhər quruculuğunu, memarlığı ən ali səviyyədə bilməsi onun böyük meqapolisləri idarə etməsinə imkan verr. Xatırladaq ki, Bakı kimi meqapolis illərdir ki, xaotik tikinti bumundan əziyyət çəkir. Şəhər təsərrüfatının idarəçiliyinə ən kiçik vəzifdən başlayan cənab Fərəcovun iş prinsipinə nəzər salanda görürük ki, məhz həmin amil bu dövlət adamının düşüncəsinə, əməyinə sirayət edib. Zakir Fərəcov idarəçilikdə təsadüfi persona deyil. Yuxarıda qeyd edildiyi kimi onun bu günkü peşəkarlığının təməli uzun illərin təcrübəsndən bəhrələnib. Bu gün cənab Zakir Fərəcovun Bakı kmi çoxmilyonlu şəhərə rəhbərlik etməsi paytaxtın daha ciddi inkişaf mərhələsinə qədəm qoyması deməkdir. Təəssürat yollardan başladığı kimi, mədəniyyət. düşüncə, təfəkkür paytaxtlarda formalaşır. Paytaxtlar həm ölkə vətəndaşlarının, həm də gələn qonaqların ilk qarşılaşdıqları məkanla yanaşı, həm də elm mərkəzləridir. Məhz sonuncu amili unutmaq apytaxt anlamının itməsinə səbəb olar. Cənab Zakir Fərəcovun bu şəhərə rəhbərlik etməsi onun yeni quruculuq keyfiyyətlərinin ortaya çıxmasına səbəb ola bilər. Təsadüfi deyil ki, mərhum Ulu Öndə heydər Əliyev deyirdi ki: İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür. Hesab edirik ki, Cənab Zakir Fərəcovun paytaxta rəhbər təyin olunması, onun quruculuq xarakterinin görünməyən tərəflərini də ortaya çıxaracaq. Və ona da inanırıq ki, bu xarakterin sahibi cənab Prezidentin etimad göstərdiyi vəzifəni, Ulu Öndərin bir zamnalar müdrikcəsinə söylədiyi kimi şərəfli vəzifə olaraq icra edəcək.
Zakir Fərəcov - Qurucu İnsan

Вернуться назад